Türkiyədə dəhşətli qəza: 7 ölü, 16 yaralı
9 Fevral 2016 06:41 DünyaTürkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası baş verib.APA-nın "Milliyet"-e istinadən verdiyi məlumata görə, Kulp-Lice yolunda şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.Hadisə nəticəsində, məktəblilər daxil olmaqla 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, daha 16-nın müalicəsi davam edir.Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00