İnternet tanışlarının populyarlaşması zorlamaların artmasına səbəb olur
9 Fevral 2016 02:00 DünyaBöyük Britaniyada onlayn tanışlıqların populyarlaşması zorlama hallarının ciddi şəkildə çoxalmasına səbəb olub. Qadinpress.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, son bir neçə il ərzində belə halların sayı 5 dəfə artıb. Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin (NCA) əməkdaşları bildirirlər ki, son bir neçə illər ərzində onlayn tanışlıq portalları və əlavələri ilə bağlı olan zorlama hallarının sayı nəzərəçarpacaq qədər sayda artıb. 2009-cu ildə Birləşmiş Krallığın 33 sakini internetdə tanış olduğu insanlar tərəfindən zorlanıb. Ancaq 2014-cü ildə bu göstərici 184 nəfər təşkil edib. Bununla belə, mütəxəssislər qeyd edir ki, bütün zərər çəkənlər yardım üçün polisə müraciət etmirlər. Zorlananların 85 faizi qadınlardır. Onların 42 faizi 20-29 yaş aralarında, 24 faizi isə 40-49 yaş aralarında olan qadınlardır. Hazırda bu gün tanışlıq xidmətlərindən 9 milyon britaniyalı istifadə edir.