Ukraynada öldürülən azərbaycanlının kimliyi məlum oldu

Ukraynada qətlə yetirilən azərbaycanlı gəncin kimliyi məlum olub. APA  bildirir ki, Odessa şəhərində qətlə yetirilən şəxs əslən Beyləqan rayonunun 1-ci Aşıqlı kəndindən olan, 27 yaşlı Aqşin Məmmədovdur. O, Odessada kafelərdən birindən çıxıb maşınına minərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Çoxsaylı bıçaq xəsarətləri alan A. Məmmədov hadisə yerində ölüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00