"Yalandır, belə bir şey ola bilməz"

Rafet El Romanın sabiq həyat yoldaşı Tuğba Altıntopdan olan qızları Su Elnur ilə Şevval burun əməliyyatı etdiriblər. Əməliyyatın müğənnidən gizli edilməsi Rafet El Roman ilə qızları arasındakı münasibətlərin pozulması haqqında iddiaların yayılmasına səbəb olmuşdu. Milli.Az Türkiyənin "Hürriyet" qəzetinə istinadən bildirir ki, bir müddət səssizliyini qoruyan müğənni yayılan iddialara aydınlıq gətirmək üçün şəxsi İnstaqram hesabında yeni foto paylaşıb. Müğənni qızları ilə çəkilən şəkli paylaşaraq "Qızlarımdan inciməmişəm. Son günlərdə yayılan xəbərlərdə qızlarımı danışdırmadığım yazılıb. Yalandır. Onların hər addımından xəbərdaram. Belə bir şey ola bilməz. Qızlarımdan heç vaxt küsmərəm. Qızlarımın atası olduğum üçün qürur hissi keçirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00