Rusiya Qafqaz ordularını döyüş hazırlığına gətirir

Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi və Hava Desant Qüvvələrinin qəfil döyüş hazırlığının yoxlanılması başlayıb. Axar.az  bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib. Onun sözlərinə görə, yoxlamalar zamanı Cənub Hərbi Dairəsinin müxtəlif xarakterli böhranlı situasiyalara reaksiyası öyrəniləcək.

Qeyd edək ki, Rusiya bundan öncə Xəzər donanmasında qəfil döyüş hazırlığı yoxlamaları həyata keçirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00