Rusiyada azərbaycanlı borca görə direktoru bir yumruqla öldürdü

Rusiyanın Tula vilayətində "Balqa" ASC adlı firmanın direktoru Oleq Buyanov azərbaycanlı tanışı tərəfindən iki yumruq zərbəsi ilə öldürülüb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, şahidlər Buyanovla tanışı arasında köhnə borc məsələsinə görə mübahisə yaranıb. Mübahisə zamanı əvvəllər idmanla məşğul olmuş azərbaycanlı ona iki yumruq zərbəsi endirib. Zərbələrdən biri ölümcül olub və direktor yerindəcə keçinib. Hüquq-mühafizə orqanlarından hadisəni təsdiq ediblər və deyiblər ki, mübahisə cüzi məbləğdə köhnə borca görə yaranıb. Hadisəni törədən azərbaycanlı saxlanılıb, onun barəsində cinayət işi qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00