İŞİD 300 nəfəri edam etdi
8 Fevral 2016 13:48 DünyaTerrorçu İŞİD qruplaşması İraqın şimalında yerləşən Mosul şəhərinin 300 sakinini qətlə yetirib. Report "Al-Arabia"ya istinadən xəbər verir ki, bunu "milli qurtuluşçu"ların təmsilçisi Mahmud əs-Surci bildirib. "İŞİD dəstələri Mosulun mərkəzində yeni qətliam törədərək 300 nəfəri edam ediblər", - deyə o vurğulayıb. Əsil ən-Nuceyfin başçılıq etdiyi "Milli Qurtuluş" hərbi birləşməsinin təmsilçisi əlavə edib ki, qətlə yetirilənlərin çoxu keçmiş hərbçi və polis olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00