Reno Türkiyədəki istehsalı ilə lider oldu
8 Fevral 2016 13:43 DünyaFransız avtomobil istehsalçısı olan "Reno" Türkiyədə istehsal edilən yüngül nəqliyyat maşınlarının satışına görə Avropa lideri oldu. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, Avropadaki yüngül nəqliyyat avtomobilləri bazarının 15 faizinə hakim olan "Reno" Türkiyədəki istehsalat bazasının sayəsində 18 ildir ki, bu bazarda liderlik mövqelərinə sahibdir. Qeyd edək ki, 2015-ci ildə "Reno"nun yüngül nəqliyyat avtomobili satışları 2014-cü illə müqayisədə 17 faiz artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00