İŞİD-dən yeni cinayət - 300 nəfəri edam etdilər
8 Fevral 2016 13:32 DünyaDünyanın ən böyük bəlalarından birinə çevrilən İŞİD qruplaşması növbəti cinayətə imza atıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma İraqın Mosul şəhərində 300 nəfəri edam edib. İraq ordusuna yardım edən hərbi dəstələrdən birinin komandiri Mahmud əs-Surci edam olunanların əksəriyyətinin polis, hərbçi və fəal vətəndaşlar olduğunu deyib. Mosul İraqın ən böyük ikinci şəhəridir və 2014-cü ilin iyunundan İŞİD-in nəzarəti altındadır. Rəsmi Bağdad 2016-cı ilin yanvarından şəhərin azad olunmasına başlayacağını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00