"Evlənməyi heç kimə tövsiyə etmirəm"

Məşhur aparıcı Burcu Esmersoy Türkiyədə yayımlanan "Hadi be" verilişinə qatılıb. Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, şəxsi həyatı barəsində açıqlama verən Burcu "Yaxın olduğum bütün oğlan dostlarım mənimlə evlənmək istəyib. Bunun xəyalı ilə yaşayıblar. Mən də onlara evlənməyin yaxşı bir şey olmadığını izah etmişəm. Başa düşənlər canını qurtarıb qaçıb. Evlənməyi heç kimə tövsiyə etmirəm. Çünki bir dəfə evlənib boşanmışam" deyib. Ailə qurmağından şikayətlənən aparıcı "20 yaşım olsaydı, özümə deyərdim ki, qətiyyən ailə qurma" deyərək sözlərinə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00