Rusiyada qatar qadın və iki uşağını vurub

Rusiya Federasiyası Başqırdıstan Respublikasında yük qatarı qadın və iki uşağını vurub. APA-nın "lenta.ru" saytına istinadən verdiyi məlumata görə, hadisə Meleuz dəmiryol stansiyası yaxınlığında yanvarın 8-də baş verib. 27 yaşlı qadın hadisə yerində ölüb. 3 və 5 yaşlı iki uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Sonradan məlum olub ki, qadın eşitmə və danışma qabiliyyəti olmayan 3-cü qrup əlildir. Faktla bağlı istintaq öncəsi yoxlama aparılır. Nəticəyə əsasən, cinayət işinin başlanıb-başlanmayacağı qərarı veriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00