ABŞ Rio-de-Janeyro olimpiadasından imtina edə bilər
8 Fevral 2016 11:11 DünyaABŞ idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxa bilər.Report-un ABŞ Milli Olimpiya Komitəsinə istinadən verdiyi məlumata görə, səbəb Braziliyadakı Zika virusu epidemiyasıdır.Fevralın 1-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zika virusunu qlobal fövqəladə xəstəlik adlandırıb. Bildirilib ki, bu virus Braziliyada minlərlə anadangəlmə qüsur halları yaradan xəstəliyi sürətlə yayır. "Rio-2016" Təşkilat Komitəsi isə vəziyyəti diqqətlə izlədiyini və ÜST-nin epidemiyaya münasibəti ilə bağlı bütün tövsiyələri izləyəcəklərini bəyan edib.Bununla belə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Zikanın idmançıların 2016-cı il olimpiadasında iştiraklarına maneçilik törətməyəcəklərinə inam ifadə edib. Onun fikrincə, problemin həlli üçün hələ vaxt var.Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.