"İŞİD böyük təhlükə deyil"
8 Fevral 2016 07:34 DünyaİŞİD terror qruplaşması Tunis üçün böyük təhlükə deyil.
TASS-a istinadən xəbər verir ki, bu sözləri Tunisin Müdafiə naziri Fərhad Xorşani deyib.
Onun sözlərinə görə, İŞİD-in Tunisə yaxın ərazilərdə fəal olmasına baxmayaraq, sərhədi keçmək istədiyi ilk cəhddə bunun qarşısını asanlıqla almaq olar.
Müdafiə naziri həmçinin yaxın günlərdə Tunisə amerikalı və alman hərbi ekspertlərin gələcəyini də açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00