Türkiyə Suriyaya müdaxiləni dəstəkləyəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, Ankara Suriyada 2003-cü ildə beynəlxalq koalisiyanın İraqa müdaxiləsi dövründəki vəziyyətin təkrarlanmasına yol verməməlidir.

Virtualaz.org saytı "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bununla bağlı deyib: "Biz Suriyada İraqda buraxdığımız səhvi təkrarlamaq istəmirik". Türkiyənin dövlət başçısı 2003-cü ildə Amerika qoşunlarının Türkiyə ərazisində yerləşdirilməsindən və Səddam Hüseyni devirmiş beynəlxalq koalisiyanın tərkibində iştirakdan imtinanı səhv adlandırıb. Ərdoğan bildirib ki, Suriya ilə bağlı məsələdə bu təkrarlanmayacaq.

"Üfüqü görmək lazımdır. Suriyada baş verənlər uzun müddət davam edə bilməz. Müəyyən bir vaxtda vəziyyət dəyişməlidir", - Türkiyə prezidenti belə deyib.

O, həmçinin qeyd edib ki, Ankara Suriyada vəziyyətin istənilən dəyişikliyinə hazırdır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Suriyada quru əməliyyatlarında iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00