Əfsanəvi reperin qətli milyon dollara sifariş olunub VIDEO
Qatil məşhur reperdir
6 Fevral 2016 07:24 DünyaDünya şöhrətli reper Tupak Şakurun qatili məlum olub.
ANS PRESS-in məlumatına görə, Los Ancelesin keçmiş polis əməkdaşı Qreq Kedinq bəyan edib ki, Şon Kombz Pi Didi adı ilə tanınan məşhur reper Tupakın ölməsini sifariş verib.
Kedinqin sözlərinə görə, Pi Didi Tupakı öldürmək üçün Dueyn Devis adlı killerə 1 milyon dollar təklif edib. Devis isə öz qohumuna bu işi tapşırıb.
Keçmiş polis əməkdaşı qeyd edib ki, Tupakın ölümündən 6 ay sonra reperin meneceri Şuq Nayt Pi Didinin yaxın dostu Kristofer Uolles Biqqi Smols kimi tanınmış reperi sifariş edərək öldürüb.
Əfsanəvi reper Tupak Şakur afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil və Qanqsta repinin ən görkəmli ulduzlarından biri olub. O 1996-cı ildə boksçu Mayk Taysonun Las-Veqasdakı çıxışından qayıdan zamanı güllələnib. Digər ulduzlar kimi onun da əslində ölmədiyi və medianın diqqətindən qaçmaq və tez bir yolla varlanmaq məqsədi ilə ölümünü saxtalaşdırdığını iddia edənlər var.
Başqalarından fərqli olaraq Tupak üçün bunu deməyə əsas daha çoxdur, belə ki, onun ölümü ətrafında olan sirlər barmaqla sayılası deyil. Ölümündən əvvəl bir neçə mahnısında tezliklə öləcəyi haqqında xəbərdarlıq edən Tupakın, ölümündən sonra 10 alboma yetəcək qədər musiqi materialı üzə çıxıb. 25 yaşında ölən Tupak ömrünün bir ilini həbsxanada keçirib.