ABŞ-da işsizlik səviyəsi aşağı düşdü

ABŞ iqtisadiyyatının əvvəlki illərə nisbətən daha güclü olduğu bildirilib

Bu ilin yanvar ayında ABŞ iqtisadiyyatına daha 151 min yeni iş yeri əlavə olunub. ANS PRESS-in məlumatına görə, bununla Bİrləşmiş Ştatlarda ümumi işsizlik səviyyəsi 4.9 faizə düşüb. Habelə ötən ayın məşğulluq səviyyəsi gözləntilərdən aşağı olub. Belə ki, 2 ay əvvəl dekabr ayında 292 min yeni iş yeri açılmışdı. Əmək Statistika Bürosuna görə, yanvarda əsas iş itkiləri nəqliyyat və təhsil sektorunda müşahidə olunub.

İnvestorlar məşğulluq tempinin zəifləməsinə dərhal reaksiya göstərib. Yanvar ayında ən çox iş yeri pərakəndə satış sektorunda qeydə alınıb, 58 minə yaxın yeni iş yeri açılıb. Səhiyyə sektoruna 37 min, sənaye-istehsalat sektoruna isə 29 min yeni iş yeri əlavə olunub. "Waal Street"də Dou Cons indeksi 225 vahid yəni 1.6 faiz geriləyib.

Prezident Barak Obama son çıxışlarının birində işsizlik və məşğulluq səviyyəsi ilə bağlı danışıaraq, ekoloji təmiz enerji sahəsində yeni iş yerllərinin açılmasına daha böyük investisiya cəlb etməyə çalışacağını bildirmişdir. Obama Amerika vətəndaşları arasında narazılıqların olduğunu etiraf etsə də, ABŞ iqtisadiyyatının əvvəlki illərə nisbətən daha güclü və daha sabit olduğunu əmin edib.

Ötən həftə açıqlanan statistikaya görə ABŞ-da son 3 ayda ümumdaxili məhsul 0.7 faiz artıb. Halbuki ondan əvvəlki maliyyə rübündə iqtisadi artım tempi 2 faiz təşkil etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00