Türkiyədə gərgin gecə: terrorçunun qolu qopdu
6 Fevral 2016 07:22 DünyaTürkiyədə PKK (Kürd Fəhlə Partiyası) terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında gərginlik davam edir. ANS PRESS-in məlumatına görə, Diyarbəkir vilayətində növbəti gərgin gecə yaşanıb.Diyarbəkirin Kayapınar rayonunda üzü maskalı bir qrup ticarət mərkəzlərindən birinə daşlarla və kustar üsulla hazırlanmış partlayıcı qurğularla hücum ediblər. Terakt zamanı ölən və yaralanan olmasa da içəridə olan müştərilər qoerxuya düşüblər. Hadisə vaxtı mərkəzdə olan bəzi mağaza sahibləri iş yerlərini bağlayıblar.Polisin çağırılması ilə terrorçular qaçaraq hadisə yerindən uzaqlaşıblar. Qaçanların ələ keçirilməsi üçün polis əməıliyyatlara başlayıb.Növbəti hadisə yenə Diyarbəkir vilayətinin Yenişehir rayonunda baş verib. S.T. adlı 19 yaşlı terrorçu rayon ərazisində reyd keçirən polis avtomobilinə kustar üsulla hazırlanmış bomba atıb. Bombanın əlində partlaması nəticəsində terrorçunun qolu qopub. Xəstəxanaya çatdırılan S.T. barədə istintaq başladılıb.Şırnakın Cizre rayonunda baş vermiş insidentdə isə xüsusi hərəkat polisi Kamal Yılmaz başından aldığı güllə yarası ilə yaralanıb. Polisin vəziyyətinin ağır olduğu və müalicəsinin reanimasiya şöbəsində davam etdiyi bildirilir.