“WhatsApp” qrup çatlarına limiti artırdı
5 Fevral 2016 20:02 Dünya"WhatsApp" messenceri "Android" və iOS əlavələrindəki qrup halında çatın mümkün iştirakçılarının sayını 100-dən 256 nəfərə qədər artırıb. İKT.lent.az-ın məlumatına görə, bu barədə "The Next Web" nəşri yazır. Hələlik yenilənmə digər platformalarda qüvvəyə minməyib, həmçinin "Blackberry" və "Windows" istifadəçiləri üçün maksimal limit olduğu kimi qalır. Əvvəlki yenilənmələrdən fərqli olaraq, "WhatsApp"ın yeni versiyasının funksionallığında heç bir dəyişiklər edilməyib. Daha öncə isə "WhatsApp" illik 0,99 dollar abunə haqqından imtina edib və pulsuz olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00