Kürdlər Ərdoğanın çıxış etdiyi zala hücum etdi
5 Fevral 2016 16:30 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ekvadora səfəri zamanı xoşagəlməz halla qarşılaşıb. Aznews.az bildirir ki, Türkiyə prezidenti Ekvadora dünəndən başlayan 2 günlük səfəri zamanı kürdlərin etirazı ilə qarşılaşıb. Etirazçılar Ərdoğanın ünvanına "Rədd ol!", "Qatil!" və "Yaşasın Kürdistan!" şüarları səsləndiriblər. Etirazçılar Ərdoğanın çıxışı zamanı zala da daxil olublar. Burada da şüarlar səsləndirən nümayişçilər Türkiyə prezidentinin mühafizəçiləri tərəfindən güclə bayıra çıxarılıblar. Prezidentin mühafizəçiləri ilə etirazçılar arasında yaşanan qarşıdurma zamanı qarşı tərəfdən bir nəfərin burnunun sındığı iddia olunur.
Qeyd edək ki, Ərdoğan Ekvadora bir sıra strateji əhəmiyyətli iqtisadi sazişlər imzalamaq üçün səfər edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00