Çinlə ABŞ arasında cəsus qalmaqalı

1949-cu ildən bu yana ABŞ ilə Çin arasında ən ciddi cəsus qalmaqalı yaşanır. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, Çin Kommunist Partiyasının sabiq katibi olan Lin Tszihuanın qardaşı olan iş adamı Lin Vençan 2700 ədəddən çox məxfi sənədlə bərabər ABŞ-a qaçıb. Olayın Lin Tszihuanın ruşvət ittihamı ilə həbs olunduğundan sonra baş verdiyi bildirilir. Məxfi sənədlərdə Çin hökümətinin dövlət binalarının yerləşməsinə dair məlumatın, ölkənin raket -nüvə sisteminin komandanlığına və sistemlərin gizli şifrələrinin olduğu bildirilir. Hazırda iki dövlət arasında məsələ ilə əlaqədər danışıqların gedir. Çin tərəfi olayı bir rüşvət məsələsi, Amerika isə kəşfiyyat hadisəsi olaraq dəyarləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00