Aktrisanın evindən 180 minlik oğurluq edildi

Türkiyəli aktrisa Burçin Terzioğlunun evində oğurluq hadisəsi baş verib. Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, oğrular çəkilişdə olan aktrisanın 180 min TL dəyərində zinət əşyalarını götürüblər. Arnavutköydəki lüks evdən iki ədəd üzük və digər zinət əşyaları, bir miqdarda nəğd pul mənimsənilib. Terzioğlu oğurluq hadisəsi ilə bağlı Etiler Polis Şöbəsinə müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00