Nazirlik işçilərindən zorla pul yığır
5 Fevral 2016 14:23 DünyaErmənistanın diaspora nazirliyinin işçiləri öz əmək haqlarının bir hissəsini "Ermənistan" ümumerməni fonduna vermək məcburiyyətində qalıblar. Onların əmək haqlarının götürülməsində əsas səbəb kimi, Qarabağda yaşayan çoxuşaqlı ailələrə yardım edilməsi bildirilib. Replik.am-a bildirir ki, diaspora naziri Hranuş Hakobyanın mətbuat sözcüsü xəbəri inkar etməsə də, bunun məcburi şəkildə edilmədiyini qeyd edib. Ancaq fonddan əldə edilmiş məlumatda Dağlıq Qarabağın çoxuşaqlı erməni ailələrinə ianə verilməsi haqqında nəsə qeyd olunmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00