Çin bankları Rusiyadan qaçır
5 Fevral 2016 13:44 DünyaRusiyada fəaliyyət göstərən Çin bankları ölkədən sərmayələrini surətlə çıxarmağa davam edirlər. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, Rusiyadan sərmayəsini çıxaran Çin banklarının başında ölkənin və dünyanın ən böyük banklarından biri olan "Bank of China" durur. Bankın ötən ilin noyabr-dekabr aylarında Rusiyadan çıxardığı sərmayə miqdarı 45 faiz azalaraq 55 milyard dollardan 38 milyard dollara qədər düşüb. Bankın Rusiyada faliyyət göstərən maliyyə-kredit müassisələri arasında 89-cu sıradan 124-cü sıraya gerilədiyi bildirilir. Rusiyadan sərmayə çıxaran Çin banklarının sırasında "Bank of China" dan sonra "China Construction Bank" da anoloji addım atır. Bu bank son bir ayda Rusiyadan 250 milyon ABŞ dolları sərmayə çıxarıb. Qeyd edək ki, "China Construction Bank" Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin sərəncamında fəaliyyət göstərən müəssisədir.