NATO baş katibi: “Rusiyanın Suriyada atdığı addımlar sülh prosesinə zərbədir”
5 Fevral 2016 12:38 Dünya"Rusiyanın Suriyada atdığı addımlar beynəlxalq aləmin münaqişənin siyasi həllinə yönəlmiş səylərinə zərbə vurur". APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Amsterdamda Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə NATO baş katibi Yens Stoltenberq bəyan edib. "Moskvanın addımları Suriyadakı münaqişənin siyasi yolla həllinə yönəlmiş səylərə zərbə vurur", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00