Tarkan jurnalistləri ələ saldı
5 Fevral 2016 12:24 DünyaYeni albomu üzərində işləyən məşhur türk müğənni Tarkan ötən gecə Ozan Çolakoğlunun studiyasında olub. Türkiyənin "Hürriyet" qəzeti bildirir ki, gecə saat 1-ə qədər studiyada olan müğənni jurnalistləri görüb onların maşına yaxınlaşmaması üçün studiya işçilərini təlimatlandırıb. Müğənni uzun müddət müxbirlərin getmədiyini görüb cəld şəkildə maşına minib. O, jurnalistlərin xətrinə dəyməmək üçün onlara öpüş göndərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00