ABŞ vətəndaşlarını Türkiyəyə getməməyə çağırdı
5 Fevral 2016 11:26 DünyaABŞ-ın Xarici İşlər Nazirliyi artan terror təhlükəsi və təhdidləri ilə əlaqədar ölkə vətəndaşlarını Türkiyənin cənub-şərqinə səfər etməməyə çağırıb. Xarici medianın verdiyi məlumata görə, ABŞ-ın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını bu məsələdə diqqətli olmağa səsləyib. Nazirliyin açıqlamasında deyilir ki, ölkə daxilində səfər edən ABŞ vətəndaşları da terror təhlükəsi ilə əlaqədar diqqətli və sayıq olmalıdırlar: "Çünki terrorçular tanınmış turizm məkanlarını, ABŞ-a aid olan binaları, polis və digər vəzifəli şəxslərin olduğu ünvanları hədəfə alıblar. Türkiyədə olan ABŞ vətəndaşlarının Suriya ilə sərhədə yaxın ərazilərə getməmələri, qarışıq və turizm məkanlarında sayıq olmaları tövsiyə edilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00