Dünya bazarında dolların ucuzlaşmasının səbəbləri açıqlanıb

Ötən gün qlobal fond bazarlarında əsas indekslər yüksəlib. "APA-Economics" "Reuters"ə istinadən xəbər verir ki, fond bazarlarında yüksəlişə səbəb bu il ABŞ-da faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilərin özünü doğrultmaması ilə bağlıdır. Məlumata əsasən, ABŞ-ın faiz dərəcələrini artırmayacağı ilə bağlı ehtimalların çoxalması dolların məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb. "Artıq 4 gündür ki, ABŞ dollarının məzənnəsi zəifləməkdə davam edir. Buna Federal Ehtiyatlar Sisteminin nümayəndəsinin kreditlər üzrə faiz dərəcələrinin artırılmayacağına ümid yaradan şərhlər səbəb olub", - deyə məlumatda vurğulanıb. Federal ehtiyat bankının yeni rəhbəri Robert Kaplan bəyan edib ki, FES faiz dərəcələrinin artırılması məsələsində tələsməməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00