Məşhur erotik modelin ürəyi yatdı - FOTO

"Snapchat kraliçası", "Playboy şahzadəsi" kimi tanınan, dünyanın ən məşhur erotik modellərindən biri, amerikalı Keti Mey vəfat edib."MsKatieMay" təxəllüsü ilə çalışmış 34 yaşlı model dünən ABŞ-ın Los-Anceles şəhərindəki evində qəflətən huşunu itirib, yerə yıxılıb. O, özünə gələndə boynundakı güclü ağrıdan şikayətlənib.O, təcili yardım maşını ilə hospitala aparılıb. Lakin həkimlər Keti Meyi ölümün cəngindən ala bilməyiblər.Milli.Az TMZ-yə istinadən bildirir ki, hospitaldan verilən məlumata görə, Keti Mey insult nəticəsində ölüb. İnsult zamanı onun şah damarında tıxac yaranıb.Playboy və Sports Illustrated jurnalları üçün çəkilmiş fotosessiyalarından sonra məşhurlaşmış Keti Meyin sadəcə, İnstagram-dakı profilinin 2 milyondan artıq daimi təqibçisi vardı.Keti Meyin 7 yaşlı Mia adlı qızı qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00