İŞİD şok video yaydı - VİDEO - FOTO VIDEO

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Yəməndəki bölməsi yeni video yayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Yəmənin qərbindəki Hədramaut şəhərinin yaxınlığında çəkilmiş 21 dəqiqəlik video İŞİD terrorçularının kəndə hücumunu əks etdirir.

Terrorçular kəndi ələ keçirəndən sonra polis idarəsindən silahları götürür, binanı partladırlar. Bundan sonra 4 nəfər edam olunur.

Videoda "mürtədlər" adlandırılan husilər diz çökdürülür, onların "günah"ları sadalanır, sonra terrorçular qurbanlarının başlarını kəsirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00