Rusiya XİN: Suriya ərazisində ələvi dövləti yaratmağa çalışmırıq
4 Fevral 2016 18:19 Dünya"Rusiya Suriya ərazisində ələvi dövləti yaratmağa çalışmır və Suriyanı vahid dövlət kimi görür". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. "Biz uzun illər bütün danışıqlarda açıq və nümayişkaranə şəkildə bildirmişik ki, Suriyanın gələcəyini Suriya xalqı müəyyən etməlidir. Suriya demokratik prinsiplərin fəaliyyət göstərdiyi çoxkonfensiyalı bütöv və vahid dövlət olmalıdır", - deyə Rusiya XİN rəsmisi qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00