İsraildən Rusiyaya dəstək
4 Fevral 2016 18:01 Dünyaİsrail prezidenti Reuven Rivlin Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko ilə görüşüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İsrail prezidenti Suriya məsələsində Rusiya ilə ortaq mövqedə olduqlarını deyib. "İŞİD dünyanın ən böyük təhlükələrindəndir. Ona qarşı birgə mübarizə aparmalıyıq. Ona görə Rusiyanın Suriya məsələsindəki mövqeyini dəstəkləyirik". Tərəflər Yaxın Şərqlə yanaşı, bəzi ölkələrdə faşizmin dirçəlməsi ilə bağlı müzakirələr aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00