Erməni generalına cavab: Zərbələrimizdən yayınmaq mümkün olmayacaq

"Nəzərə almaq lazımdır ki, Azərbaycanın sərəncamında olan, sınaqdan çıxmış zərbə və məhvetmə vasitələri Ermənistandakılardan qat-qat üstündür: "Onları yerinə oturtmaq, düşmənə sarsıdıcı zərbələr endirmək və sağalmaz yara vurmaq üçün həmin texnika hədəfə tuşlanaraq hazır vəziyyətdədir. Bu zərbələrdən hətta sizin sevimli paytaxtınız - "ən gözəl" İrəvan şəhərinin də yayınması mümkün olmayacaq.

Əgər biz Dağlıq Qarabağ probleminə hələ də səbr, təmkinlə yanaşırıqsa şübhəsiz ki, bu, öz qərarlarında beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT-nın münaqişəyə dair qətnamələrinin tələblərinə hörmətlə yanaşan prezidentimizin alicənablığının, müdrikliyinin və xalqımızın sülhsevərliyinin nəticəsidir".

Bu barədə Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov erməni generalı Arkadi Ter-Tadevosyanın Azərbaycan haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dinc Azərbaycan əhalisinə qarşı döyüşlərdə qaniçənliyi, amansızlığı ilə şöhrət tapmış "kommandos" ləqəbli Ter-Tadevosyan bu günlərdə erməni jurnalistləri qarşısında çıxış edib və hərbi məsələlərdən başı çıxmayan, yazı-pozu ilə məşğul olan jurnalist qardaşlarına bu "qəhrəman" "Azərbaycanın birtərəfli qaydada məhv ediləcəyi" barədə pafoslu, hədə-qorxu dolu fikirlərini çatdırıb: "Ter-Tedovasyanın sözlərinə görə, Ermənistanın və "Dağlıq Qarabağ" ermənilərinin sərəncamında guya "sınaqdan çıxmış texnika" və "3-4 neft-qaz platformasına tuşlanmış hansısa mifik raketlər mövcuddur".

Gülüş doğuran və təəccübləndirən isə odur ki, bəyan etdiyi bu sayıqlamaları o, BMT-nın Nizamnaməsinin 51-ci maddəsindəki "ölkəyə hücum olduğu təqdirdə özünümüdafiə hüququ" ilə pərdələməyə cəhd göstərir. Qeyd edək ki, yalnız təhdid olduğu halda deyil, birbaşa işğala məruz qaldığı halda da bu hüquqdan istifadə etməyə əsas var".

Amma generalın fikrincə, bu üzdəniraq, qəddarlığı ilə öyünən "keçmiş döyüşçü" dediklərindən eyforiyaya gələrək bütün məsələləri baş-ayaq çevirir. Hətta öz yalanlarına, uydurmalarına Ermənistan prezidenti və müdafiə nazirinin guya bu haqda Azərbaycanı nə vaxtsa "xəbərdar" etmələri barədə mülahizələrini də qoşur: "Cənab Ter-Tadevosyan, heç nəyi qarışdırmırsınız ki?! Çünki məhz siz təcavüzkar siyasət yeridib Azərbaycan torpaqlarını işğal etmisiniz, dinc əhalini qanına qəltan edərək bir milyondan artıq insanın doğma yurd-yuvasından didərgin düşməsinə səbəbkarsınız.

Mən ağlını itirmiş erməni "sərkərdəsi" və sizə bənzər digər "strateqlərlə" heç bir polemikaya qoşulmadan, sadəcə olaraq, soruşmaq istəyirəm:

Birincisi, Xankəndidən ən yaxın platformayadək 300 km-dən artıq məsafə olan halda siz neft-qaz platformalarını necə və nə ilə məhv etməyə hazırlaşırsız?! Siz heç olmasa istifadənizdə olan raket sistemlərinin məsafə üzrə zərbələrin endirilməsi imkanlarını öyrənin sonra danışın! Bu imkanlar R-300 kompleksində - maksimum 300 km, sahə üzrə isə 100x100 m.-dir Sizin diqqətlə yoxladığınız texnikanın sırasında hədəfləri dəqiq məhv etmək imkanlarına malik olan bir dənə də olsun nümunə yoxdur!

İkincisi, məgər Gürcüstandan keçən neft boru kəmərinin partladılması nəticəsində infrastruktura ciddi ziyan dəyə bilər?! Əgər fərz etsək ki, sizin "igid pəhləvan-diversantlar və yaxud yoxladığınız texnika" beton hasarla mühafizə olunan boru kəmərini sıradan çıxarmağa nail olsalar belə, əvvəla, neftin nəqlini dayandıran avtomatik sistem işə düşür. Bundan başqa isə, bu cür qəzaların, nasazlıqların nəticələri xüsusi qüvvələr və vasitələrlə dərhal aradan qaldırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00