Ermənistanda Gümrü narahatçılığı

Rusiya hərbi bazası ilə problemlər mövcuddur. Oxu.az bildirir ki, bu barədə Ermənistan parlamentinin deputatı Martun Qriqoryan "Joxovurd" qəzetinə bildirib. "Yerli məsul şəxslər ciddi nəzarət yaratmalıdırlar. Baş verənlər hakimiyyətin konkret tələblərin irəli sürməsi üçün səbəbdir", - o deyib.

Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının sərxoş hərbçisi yerli sakinin evinə girməyə çalışıb. Bəzi məlumatlara görə, o, qonşu binanın 4-cü mərtəbəsində yaşayan tanışını mənzili ilə səhv salıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00