Suriya xarabalığı

Kremlə yaxın "RussiaWork.ru" saytı Suriyada dronla (pilotsuz uçuş aparatı) çəkilən videonu yayımlayıb. Publika.az-a istinadən bildirir ki, videoda Bəşər Əsəd rejiminin bombardmanları altında xarabalığa çevrilən Hüms şəhərindən görüntülər yer alıb. Görüntülərdə 5 illik vətəndaş müharibəsinin dəhşətləri açıq şəkildə görünür. Müharibədən əvvəl 1 milyon insan yaşayan və Suriyanın üçüncü böyük şəhəri olan Hüms hazırda tərk edilmiş bir yaşayış məntəqəsidir. Hüms 2011-ci ildə müxalifətin inqilab mərkəzi idi. "RussiaWorks" görüntülərin nə vaxt çəkildiyini açıqlamayıb. Aleksandr Puşinin başçılıq etdiyi sayt dron görüntüləri üzrə ixtisaslaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00