Rusiyada "Qarabağ" konfetləri buraxılır

Rusiyanın Sibir regionundakı "Sladunitsa" şirniyyat şirkəti "Qarabağ" adı daşıyan konfetlər istehsal edir. Modern.az  bildirir ki, şirkət Rusiyanın Omsk şəhərində qeydiyyatdan keçib. "Sladunitsa" ASC-nin baş direktoru Yuliya Şestakova, marketinq xidmətinin rəhbəri isə Anastasiya Perminovadır. Sayt Anastasiya Perminova ilə əlaqə saxlayaraq, şirkətin "Qarabağ" adı altında konfet istehsal etməsinin səbəblərini soruşub, bu işin arxasında ermənilərin dayanıb-dayanmadığını xəbər alıb. "Konfetlərin "Qarabağ" adı ilə istehsalı marketinq şöbəsinin ekspertləri tərəfindən irəli sürülüb. Vurğulamaq istəyirəm ki, məmulatın belə adlandırılması siyasi səbəblərlə bağlı deyil. Şirkətimiz beyənlxalq siyasətdən tamamilə uzaqdır". Anastasiya Perminova şirkətin sahiblərinin Qazaxıstan vətəndaşı olan etnik ruslardan ibarət olduğunu və "Sladunitsa" şirkətinin rəhbərliyində erməni, yaxud azərbaycanlı şəxslərin çalışmadığını deyib. Şirkət Rusiyanın 65 subyektində marmelad, şəkərli peçenye, şərq şirniyyatları və konfeltlər istehsal edir. "Qarabağ" konfetlərinə gəlincə, 1 kiloqramı 430 rubla (8 manat 70 qəpik) satılan konfetlər şokolad və kakao tərkiblidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00