Diş həkimi xəstəyə təcavüz etdi

İrəli sürülən iddialar Amerikada səslənib. Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, Nyu-Yorkun tanınmış stomatoloqlarından olan Bilal Əhməd xəstəsinə təcavüz etməkdə günahlandırılıb. Həkim iddiaların doğru olmadığını bildirib. Verilən məlumata görə, həkim 2014-cü il may ayının 21-də müayinəyə gələn xəstəyə təcavüz edib. Xəstə şikayətdə həkim tərəfindən yatızdırıldığını bildirib. Məhkəmənin qərarına əsasən, stomatoloqa məsələ həllini tapana qədər sənəti ilə məşğul olmaq qadağan edilib. Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bilal Əhməd fevralın 17-də yenidən məhkəməyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00