“Donuz qripi” Ermənistanı qorxuya saldı
4 Fevral 2016 14:49 DünyaErmənistanın Armavir regionunda qrip epidemiyasına görə 10 məktəbdə tətil uzadılıb. Virtualaz.org bildirir ki, bu məktəblərtə tədrisin fevralın 8-də bərpa edilməsi planlaşdırılır. Bu barədə fevralın 3-də Ermənistanın Təhsil Nazirliyi məlumat yayıb. Nazirliyin məlumataına görə, fevralın 1-də ölkənin digər məktəblərində dərslər bərpa olunub.
Qeyd edək ki, bundan əvvəl Ermənistanda "Donuz qripi"-H1N1 virusundan azı 18 nəfərin öldüyü bildirilirdi. Qonşu İranda da bu virusdan azı 45 nəfərin ölməsi barədə məlumat verilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00