Türkiyə rus təyyarələrinə niyə qadağa qoydu?

Rusiya təyyarələrinin Türkiyə ərazisi üzərindən müşahidə uçuşunun ləğvi onun marşrutu ilə bağlı razılıq əldə oluna bilməməsi ilə bağlıdır. Report TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiçin bəyanatında deyilir. "Müşahidə uçuşları tərəflərin uçuşun marşrutu üzrə razılıq əldə etməsindən sonra həyata keçirilir. Rusiya Federasiyasının 2-5 fevral 2016-cı il tarixlərində uçuşa qadağa qoyulması fonunda belə bir razılıq əldə olunmayıb. Buna görə də uçuş həyata keçirilməyib", - sənəddə qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00