Rusiya XİN: ABŞ-ın Avropada artmaqda olan hərbi mövcudluğuna qarşı tədbirlər görüləcək
4 Fevral 2016 10:55 Dünya"Rusiya ABŞ-ın Avropada artmaqda olan hərbi mövcudluğuna qarşı kompensasiyaedici tədbirlər görəcək". APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Andrey Kelin deyib. O bildirib ki, amerikalılar növbəti il üçün Avropada hərbi xərcləri 4 dəfə artıracaqlarını bəyan ediblər: "Buna qarşı simmetrik tədbirlərin görülməsi lazım deyil. Normal hərbi-strateji səviyyənin saxlanılması üçün kompensasiyaedici tədbirlər görülür və görüləcək". Xatırladaq ki, ABŞ administrasiyası 2017-ci il maliyyə ilində avropalı tərəfdaşlarının müdafiəsi üçün 3,4 milyard dollar ayıracağını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00