ABŞ prezidentliyinə namizədin təyyarəsi təcili eniş edib
4 Fevral 2016 10:36 DünyaABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd Donald Trampın şəxsi təyyarəsi Tennesi ştatının Neşvil aeroportuna təcili eniş edib.APA-nın "BNO News"-a istinadən verdiyi məlumata görə, insident fevralın 3-də baş verib.Məlumatda bildirilir ki, seçkiqabağı mitinqdə iştirak etmək üçün Ayova ştatından Arkanzasa uçan siyasətçi yola başqa təyyarə ilə davam etmək məcburiyyətində qalıb. Bununla belə, o, görüşə 2 saat gecikib.ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00