Hindistanda “Zika” virusuna qarşı vaksin hazırlanıb
4 Fevral 2016 04:05 DünyaHindistanın "Bharat Biotech International Limited" şirkəti "Zika" virusuna qarşı iki növ vaksin hazırlayıb.APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, patentləşdirilmiş vaksinin ilk olaraq heyvanlar üzərində sınaqdan keçiriləcəyi bildirilir.Şirkət vaksin üzərində işlərin davam etdirilməsi üçün hökumətdən yardım istəyib. Qeyd olunur ki, "Bharat Biotech" dörd ay ərzində 1 milyon doza miqdarında peyvənd preparatları hazırlaya bilər.Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Amerika qitəsində yayılmış "Zika" virusunu qlobal təhlükə elan edib. Hazırda dünyanın 20-dən çox ölkəsində bu virusun qeydə alındığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00