Davudoğlu: Onları darmadağın edəcəyik
Əhməd Davudoğlu gündəmdəki hadisələr barədə açıqlama verib
4 Fevral 2016 07:55 Dünya"İŞİD, PKK, DHKP-C terror təşkilatları birləşərək Türkiyəyə qarşı hərəkətə başladılar. Onları darmadağın edəcəyik." ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu deyib. AKP vilayət nümayəndəliklərinin rəhbərləri ilə görüşən Davudoğlu gündəmdəki hadisələr barədə açıqlama verib.
"Bir tərəfdən İslamı təmsil etdiyini iddia edən İŞİD, digər tərəfdə kürdləri müdafiə etdiyini iddia edən, ən çox da kürdləri qətlə yetirən PKK, digər tərəfdə ələviləri təmsil etdiyini deyən DHKP-C birləşərək Türkiyəyə qarşı hərəkətə başladılar. Daha doğrusu başladıldılar."
Türkiyənin bütün məzlumların sığına biləcəyi son qala olduğunu deyən Davudoğlu kimlərisə bu qalanı uçurmağa çalışdığını bildirib.
"Bu üç xain terror təşkilatları son qalamıza qarşı hücumlara başlayıblar. Bu bir əbədiyyət məsələsidirsə hamı bilsin ki, bu göyüzünün altında millətimizin siyasəti yaşayacaqdır, terror təşkilatları darmadağın olacaqdır. Onlar hamısı xarici qüvvələr tərəfindən idarə olunan "peşkalardır"."
Türkiyə baş naziri terrorla mübarizə üçün əllərində stratyegiyaları olduğunu deyib.
"Addım-addım irəliləyəcəyimiz bir terrorla mübarizə strategiyamız var. Silopidə işin sonuna çatdıq. Bir dənə də çuxur və barrikada qalmayıb."