İŞİD liderinin qardaşı oğlu məhv edildi
4 Fevral 2016 07:43 DünyaVirtualaz.org saytı "As-Sumariya" telekanalının yaydığı məlumata əsasən xəbər verir ki, İraq ordusunun atəş zərbəsi nəticəsində Ənbar vilayətinin ərazisində İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadinin qardaşı oğlu məhv edilib.
Telekanal Əl-Xalidiyə şəhərinin Ədliyyə şurasının rəıhbərinə istinadla bildirir ki, İraq hərbi aviasiyası bu rayonda yerləşən "şəriət məhkəməsi"nin binasını darmadağın edib.
"Bombardman nəticəsində Əbu Əhməd əs-Samrayi - Əbubəkr əl-Bağdadinin qardaşı oğlu və onu müşayiət edən səkkiz nəfər terrorçu məhv edilib", - mənbə belə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00