Rusiya Polşanı işğal etsə... III Dünya Müharibəsi başlayır
3 Fevral 2016 18:22 Dünyaİngiltərənin ictimai televiziyası BBC, Rusiyanın Polşanı işğal etdiyi təqdirdə III Dünya Müharibəsinin başlayacağından bəhs edən proqram yayımlayacaq. SİA-nın verdiyi məlumata görə, "III Dünya Müharibəsi: Müharibə otağının içində" adlı proqramın təqdimatında bildirilib ki, Ukrayna böhranı və Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra dünyanın böyük qüvvələrinin biri-birinə toqquşması, Soyuq Müharibə illərindən bu yana heç belə gündəmə gəlməmişdi.
İngilis mətbuatında əks olunan məlumata görə, BBC-də yayımlanacaq proqramda ingilis strateqlər və diplomatlar iştirak edəcək. Onlar məsələyə, sanki Rusiya artıq Polşanı işğal edib və III Dünya Müharibəsi başlayıb ab-havasında yanaşacaq.
Proqram da məhz bu ssenari əsasında tərtib olunacaq. Ssenariyə görə, Rusiya Polşanı işğal edir, NATO hərəkətə keçir və ABŞ nüvə silahına müraciət edir.