4 min 749 uşaq itkin düşüb
3 Fevral 2016 17:34 DünyaÖtən bir il ərzində Almaniyaya sığınan 4 min 749 qaçqın uşaq itkin düşüb. Report xarici KİV-inə istinadən xəbər verir ki, bu haqda Almaniya Federal Asayiş Dairəsi bildirib. Məlumata görə, itkin düşən uşaqların 431-i 13 yaşından kiçik, 4 min 287-si isə 14-17 yaş arasındadır. Yalnız ötən ilin 6 ayı ərzində min 637 uşaq itkin düşüb. Xəbərdə bildirilib ki, həmin uşaq və yeniyetmələrin cinayətkar qrupların əlinə keçməsindən ehtiyat edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00