Ankara Rusiya qazının qiyməti üzrə arbitraj məhkəməsini udacağına ümid edir
3 Fevral 2016 16:46 DünyaAnkara Rusiyadan tədarük edilən qazın qiyməti məsələsi üzrə arbitraj məhkəməsini udacağına ümid edir. Bunu Trend-ə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindən deyiblər. Ötən gün Beynəlxalq Arbitraj Məhkəməsi Ankara və Tehran arasında çoxillik qaz mübahisəsində Türkiyənin xeyrinə qərar qəbul edib. Nazirlikdən qeyd ediblər ki, məhkəmə Türkiyənin tələbi üzrə bir sıra ilkin nəticələr çıxarıb. Bununla belə, qurumdan hər hansı detalı açıqlamaqdan imtina ediblər.
Qeyd edək ki, Moskva və Ankara təqribən 1 əvvəl Rusiya qazının qiymətinin azaldılması barədə razılığa gəlmişdilər. Lakin qiymət azaldılmadı. Ötən il oktyabrın 27-də isə Türkiyə Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00