Hər ay 20-30 min rus vətəndaşı Türkiyəyə gəlir
3 Fevral 2016 16:31 DünyaRusiya Turizm Şirkətləri Assosiasiyasının məlumatına görə Rusiya höküməti tərəfindən Türkiyə ilə əməkdaşlıq edən türizm şirkətlərinə qarşı tətbiq olunan sanksiya və qadağalara baxmayaraq Rusiya vətəndaşlarının bu ölkəyə səfərləri və səyahətləri davam edir. "OLAYLAR"-ın Türkiyə bürosu xəbər verir ki, Assosiasiyanın məlumatına görə, hər gün Rusiyanın bir çox şəhərlərindən Türkiyəyə 50 dən çox təyyarə uçur. Təyyarələrin səfərlərinin əsas istiqaməti isə Antalya, İstanbul və İzmirdir. Beləliklə hər ay 20-30 min Rusiya vətəndaşı Türkiyəyə sərbəst şəkildə səyahət edir. Bu insanların böyük əksəriyyəti turizm şirkətlərinin xidmətindən istifadə etməyərək öz imkanları ilə Türkiyəyə gedir. Assosiasiyanın və bir çox türizm sahəsində fəaliyyət göstərən təşkilatların təxminlərinə görə hazırda qış olduğuna görə Türkiyəyə gedən rusiyalı vətəndaşın sayı mövsümünə görə azdır. Ancaq havaların isinməsi və yaz-yay aylarının gəlişi ilə Türkiyəyə gedən vətəndaşların sayı 20-30 dəfə çoxala bilər. Assosiasiyanın rəhbərlərindən biri olan Dmitriy Qorin türizm şirkətlərinin Türkiyə ilə əlaqədar olaraq cəzalandırılmasını absurd adlandırıb.