Suriyada İranın daha 6 hərbçisi öldürülüb
3 Fevral 2016 16:19 DünyaSuriyada İranın daha 6 hərbçisi öldürülüb. APA-nın xəbərinə görə, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri Mehdi Kuçəkzadə, Seyyid Əlizadə, Həsən Rəzzaki, Höccətülislam Şeyx Mustafa Xəlili, Həbib Rahimi Meneş və Mahmud İsgəndəri adlı hərbçilərin meyitləri İrana aparılıb. Hərbçilər sabah anadan olduqları əyalətlərdə dəfn ediləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00