
Kim Çen In Şimali Koreya lideri
KXDR 2005-ci ildə özünü nüvə dövləti elan etdikdən sonra sayca dördüncü nüvə silahınınsınağını keçirib. Son illər ərzində üç nüvə sınağı həyata keçirib. Bunlar 2006, 2009 və 2013-cu illərdə baş verib.
BMT Təhlükəsizlik Şurası isə bu sınaqlara cavab olaraq Pxenyana qarşı müxtəlif sanksiyalar tətbiq edib. Dekabrın 10-da KXDR lideri Kim Çen In ölkəsində hidrogen bombası olması barədə məlumat verib. KXDR lideri onu da vurğulayıb ki, ölkədə hərbi sənayenin fəal inkişafını davam etdirmək lazımdır.
Şimali Koreya hidrogen bombasının sınağı
Hazırda dünyanın bir çox ölkələri nüvə proqramı və raket layihələri səbəbiylə bu ölkəyə sanksiyalar tətbiq edib. ABŞ və Cənubi Koreya son nüvə sınağından sonra Şimali Koreyaya qarşı sanksiyaların sayını artırmağı istədiyini bildirib.