Moskva - Tbilisi təyyarəsində yanğın
3 Fevral 2016 15:40 DünyaVirtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, bu gün Moskvanın "Domodedovo" hava limanında Tbilisiyə uçmağa hazırlaşan A-320 təyyarəsinin mühərriki alışıb. Hadisə şahidinin verdiyi xəbərə əsasən, uçuş zolağında hərəkətə hazırlaşan zaman təyyarənin sol qanadının alt tərəfində - mühərrik yerləşən hissədə yanğın başlayıb. Hava gəmisi dərhal dayanıb və mühərriklərini söndürüb. Mənbənin bildirdiyinə əsasən, təyyarə S-7 aviaşirkətinə məxsus olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00